Bülənt Korkmaz indidən özünü sığortalayır
27.09.2009 - 18:22
Unibank Premyer Liqanın 6-cı turunun "Bakı" - "Qarabağ" oyununu izləyənlər arasında komandanın baş məşqçiliyinə ən əsas namizəd kimi göstərilən Bülənt Korxmaz da yer alırdı. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən Bülənt Korkmaz yeni komandası ilə anlaşdığını bildirib.
"Klub prezidenti Hafiz Məmmədovla görüşüb detalları müzakirə etdik. Mən bu klubun həmişə iddialı olduğunu bilirəm. Komandanın oyunlarının televiziya vasitəsi ilə izləmişəm. Ötən il "Bakı"nın dəvəti ilə Azərbaycanda olanda ölkə futbolu və klub barədə məlumat toplamışdım. Bu səbəbdən dialoq qurmaqda çətinlik çəkmədik” – deyə türk çalışdırıcı bildirib.
Korkmaz deyib ki, komandanın heyətində Jabanı tanıyır: “Onu Türkiyə liqasından tanıyıram. Çox təcrübəli və təhlükəli oyunçudur. Ancaq yenə də təkrar edirəm, futbolu komanda oynayır, ayrı-ayrı futbolçular yox. Mən "Bakı"nın təklifini müsbət dəyərləndirirəm. Bir daha klub prezidenti ilə görüşüb məsləhətləşəcəyik. Zənimmcə, bir problem çıxmaz və bütün bilik və bacarığımı toplayıb "Bakı"nın tezliklə güclü bir klub kimi formalaşmasında öz tövhəmi verməyə hazıram. Yalnız onu deyə bilərəm ki, zamana ehtiyacımız var. Bir il içində sizin arzuladığınız komandanı yaratmaq mümkünsüzdür, amma çox işlər görmək olar. İlk növbədə yeniyetmə və gənc komandalarla işi düzgün qurmaq lazımdır. Çalışacağam ki, hər il klubun ən azı 2-3 gənc oyunçusunu heyətə cəlb edim”.

0
0