Azərbaycan – İngiltərə matçının vaxtı dəqiqləşib
28.09.2009 - 10:02
Azərbaycan – İngiltərə matçının vaxtı dəqiqləşib
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti oyunlarının təqvimi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamızın da yer aldığı I seçmə qrupunun qarşılaşmalarının başlama vaxtı və keçirilmə stadionu dəqiqləşib. Matçları Bakıda keçiriləcək qrupda Azərbaycan millisi ilə yanaşı İngiltərə, Serbiya və Qazaxıstan da mübarizə aparır.

26 oktyabr, saat 12:00
İngiltərə – Qazaxıstan
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

26 oktyabr, saat 15:00
Serbiya – Azərbaycan
Tofiq Bəhramov adına Respublika stadionu

28 oktyabr, saat 12:00
Serbiya – Qazaxıstan
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

28 oktyabr, saat 15:00
Azərbaycan – İngiltərə
Tofiq Bəhramov adına Respublika stadionu

31 oktyabr, saat 15:00
İngiltərə – Serbiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

31 oktyabr, saat 15:00
Qazaxıstan – Azərbaycan
Tofiq Bəhramov adına Respublika stadionu