Diniyev qol vurdu
28.09.2009 - 10:06
Diniyev qol vurdu
Türkiyənin “Fənərbaxça” klubunun bazasında təlim-məşq toplanışı keçən “Akademiya”(U-15) komandası yoxlama oyunu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, təmsilçimiz qüvvəsini bu ölkənin “Danone” yığması ilə görüşdə sınayıb. “Akademiya” bu qarşılaşmada meydan sahiblərini 4:2 hesabı ilə məğlub edib. Futbolçularımızdan Qurbanəli Əliyev dubl edib. Coşqun Diniyevlə Pərviz Qaraxanov isə bir dəfə fərqləniblər.