Sarayevodan Lənkəranadək
28.09.2009 - 10:48
Salyanın “Muğan” klubunun cari mövsümdəki iki seriyası UniBank Premyer Liqasının VI turunda qırılıb. Apasport.az saytının hesablamalarına görə, ilk məğlubiyyətini “Xəzər-Lənkəran”la səfər matçında alan salyanlıların qapısının toxunulmazlığı ilə bağlı “quru seriya” da qırılıb.
Matçın 54-cü dəqiqəsində fərqlənən Allan Lalin “Muğan”ın bosniya və herseqovinalı qapıçısı Edis Kurtanoviçin Azərbaycanda buraxdığı ilk qolun müəllifi olub. Honduraslı hücumçu UniBank Premyer Liqasının ilk 4 matçında qapısını “kilidləmiş” əlcək sahibinin ölkəmizdəki seriyasını 414-də dayandırdı. Ümumilikdə, legioner qapıçının seriyası daha uzundur. Belə ki, ötən mövsüm vətənində “Velej”in şərəfini qoruyan Edis “Muğan”a gələnədək hesabında 15 dəqiqə var idi. Həmin komandadakı son oyununu bu il aprelin 25-də keçirən Kurtanoviç 25-ci turun “Sarayevo” ilə görüşündə 3 qola üzülmüşdü. Onu sonuncu məyus edən Şkoro isə 75-ci dəqiqədə fərqlənmişdi.
Həmin qarşılaşmadan sonra isə Edisə əsas heyətdə yer tapılmayıb və 5 görüşü ehtiyat oyunçular skamyasında keçirib. “Muğan”a 15 dəqiqəlik seriya ilə gələn bosniyalı 429-cu dəqiqədə topu tordan çıxarıb.
Bu cari mövsüm Azərbaycan çempionatında qırılan ən uzun seriyadır. İndiyədək bu rekord “Neftçi”nin qapıçısı Vladimir Miçoviçə məxsus idi. Serbiyalının ötən mövsümdən davam edən seriyası 420-də qırılmışdı.

0
0