Şahin Diniyevin komandası yuxulu rəqibinə uduzdu
28.09.2009 - 10:59
Şahin Diniyevin komandası yuxulu rəqibinə uduzdu
Rusiya Premyer Liqasının klublarının gənclərdən ibarət komandaları arasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin rəhbərlik etdiyi “Terek” öz meydanında Moskva “Lokomotiv”i ilə bacarmayıb.

Qroznılılar matç günü Çeçenistana gəlmək üçün sübh tezdən yuxudan duran və qarşılaşmadan cəmi 2 saat əvvəl özünü birbaşa stadiona yetirən “dəmiryolçular”ın qarşısında aciz qalıb – 2:4. Diniyev fasilədən sonra oğlu Kərimi də meydana buraxsa da, 1:3 hesabında ciddi dəyişikliyə nail olmayıb və hər komanda daha 1 top vurub.

Qeyd edək ki, 23 turdan sonra hesabında 33 xal olan “Terek” 7-ci pillədəki mövqeyini qoruyub.