Avropa çempionatının mükafatçısı Azərbaycan çempionunun rekorduna şərik çıxdı
28.09.2009 - 11:06
Azərbaycan çempionu Andrey Ştoltsersin Premyer Liqada rekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, 2005/06 mövsümündə “Bakı” klubunun heyətində çıxış edən latviyalı hücumçu Rusiya Premyer Liqasında uzun müddət sürən rekorduna Azərbaycan milli komandası ilə rəsmi oyuna çağırılan Rusiya yığmasının yarımmüdafiəçisi Vladimir Bıstrov da imza atıb. Cari mövsümün gedişində Moskva “Spartak”ından “Zenit”ə qayıdan 26 yaşlı futbolçu ardıcıl dörd oyuna qol vurub. Bununla da ötən yay Avropa çempionatının bürünc medalını qazanan Bıstrov Ştoltsersin 9 il öncə göstərdiyi rekorda şərik olub. 2000-ci il mövsümünün gedişində Donetskin “Şaxtyor” klubundan “Spartak”a keçən Andrey da dalbadal dörd görüşdə meydanı qolsuz tərk etməyib.
Qeyd edək ki, Rusiya Premyer Liqasına yeni klubunda ən azı iki oyunda qol vuran 15 futbolçu var. Bunlar arasında “Bakı”nın heyətində Azərbaycan çempionu olan digər əcnəbi hücumçu Georgi Demetradze də var. Gürcü futbolçunun həmkarlarından üstünlüyü iki dəfə buna nail olmasıdır. Belə ki, Demetradze 1998-ci ildə “Feyenoord”dan, 2002-ci ildən “Lokomotiv”dən “Alaniya”ya keçən zamanı ilk iki oyunda fərqlənib.

0
0