Lixtenşteyn – Finlandiya oyununa azərbaycanlı hakim inspektor
28.09.2009 - 11:12
Lixtenşteyn – Finlandiya oyununa azərbaycanlı hakim inspektor
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, 52 yaşlı veteran hakim 21 yaşlılardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lixtenşteyn – Finlandiya oyununda hakim-inspektor olacaq. Xudiyev oktyabrın 13-də Lixtenşteyndə keçiriləcək həmin görüşdə hakimlərin işinə qiymət verəcək.