Yevlaxda veteran futbolçumuzun qanını tökdülər
28.09.2009 - 12:00
Yevlaxda veteran futbolçumuzun qanını tökdülər
UniBank Premyer Liqasının VI turunun Yevlaxda keçirilən “Karvan” – “Standard” qarşılaşması qalmaqalla müşayiət olunub. Apasport.az saytının məlumatına görə, oyun bitəndən sonra stadionun binasında dava-dalaş qeydə alınıb.

Belə ki, paltardəyişmə və hakim otaqları olan binada futbol veteranı Asəf Namazovu döyüblər. Oyuna heç bir dəxli olmayan və qarşılaşmaya tamaşaçı kimi gələn mütəxəssisin binada nə iş gördüyü və kiminlə əlbəyaxa olduğu bilinməsə də, davadan xəsarətsiz qurtulmayıb. Azərbaycan milli komandasının sabiq seleksiyaçı məşqçisi, “Dinamo”, “Neftçi” və “Viləş” kimi klublarda çalışmış Namazova həkim köməyi də lazım gəlib. Üzü qızaran, başının arxa tərəfində qan izləri olan veteranın qulağının arxa hissəsindəki qanaxmanı həkim müdaxiləsi ilə saxlamaq lazım gəlib.