Milli komandamız Macarıstana gedəcək
28.09.2009 - 12:05
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsində keçirəcəyi oyunların tarixi və məkanı dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, futzalçılarımız qrupdakı rəqiblərindən Macarıstanla gələn ilin yanvarın 19-da, Çexiya yığması ilə bundan iki gün sonra görüşəcək. Hər iki oyun Macarıstanın paytaxtı Budapeştdə Papp Laszlo Arenada keçiriləcək.
Qeyd edək ki, görüşlərin başlanma saatı haqda sonradan məlumat veriləcək.
Qeyd edək ki, görüşlərin başlanma saatı haqda sonradan məlumat veriləcək.
0
0