Dünyanın IV komandası Respublika stadionuna nə vaxt çıxır?
28.09.2009 - 12:11
Dünyanın IV komandası Respublika stadionuna nə vaxt çıxır?
Azərbaycan milli komandasının növbəti 2 oyununun vaxtı dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, tarixində ilk dəfə dünya çempionatının seçmə mərhələsinə qatılan qadınlardan ibarət yığmamızın oktyabrda Bakıda keçirəcəyi matçlar ayrı-ayrı stadionlarda baş tutacaq. Şamil Heydərovun yetirmələri FİFA reytinqində dünyanın IV komandası olan İsveç yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda, nisbətən zəif Uelslə isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda üz-üzə gələcək.

Qeyd edək ki, bu 2 komandadan başqa Çexiya və Belçika milliləri də yığmamızın rəqibləri sırasındadır.

24 oktyabr, saat 14:00
Azərbaycan – İsveç
Tofiq Bəhramov adına Respublika stadionu

28 oktyabr, saat 14:00
Azərbaycan – Uels
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu