I divizion: Burda hakimləri əvvəl söyür, sonra döyürlər
28.09.2009 - 12:14
I divizion: Burda hakimləri əvvəl söyür, sonra döyürlər
Azərbaycan çempionatının birinci divizionunda xoşagəlməz olay baş verib. Apasport.az saytının məlumatına görə, hesabat turu çərçivəsində Bərdədə keçirilən ABN – “Rəvan” (1:2) görüşünü idarə edən milli dərəcəli hakim Emil İsgəndərov meydan sahiblərinin futbolçusu tərəfindən təzyiqə məruz qalıb.

Belə ki, ABN-nin 17 nömrəli futbolçusu Bəhruz Cəlalov görüşün son dəqiqələrində İsgəndərova topla zərbə vurub. Nəticədə meydanda qarışıqlıq düşüb və oyun bir neçə dəqiqəliyə dayandırılıb. Polislərin müdaxiləsindən sonra insident yatırılıb. Karyerasında əvvəllər də oxşar olaylarla üzləşən 43 yaşlı hakimin döyülməsi ilk belə fakt deyil. İsgəndərov dəfələrlə cəzaya məruz qalıb, hətta hakimlikdən də uzaqlaşdırılıb.

Xatırladaq ki, həftəsonu əvəzedici komandaların çempionatında da hakimliklə bağlı qalmaqal baş verib. Lənkəranda keçirilən “Xəzər-Lənkəran” – “Muğan” görüşünü (1:2) idarə edən Rauf Cabbarovun qonaqların qapısına haqlı penalti zərbəsini təyin etməməyi lənkəranlı azarkeşləri özündən çıxarıb. Doğma komandalarının uduzmasını həzm edə bilməyən, eləcə də hakimin oyun ərzində cənub təmsilçisinin əleyhinə bir neçə dəfə qərəzli qərar verdiyini iddia edən bir qrup azarkeş görüşdən sonra referidən qisas almaq qərarına gəliblərlər.