Əli Quliyev: O hakimi həmişə döyürlər, birinci dəfə deyil ki...
28.09.2009 - 12:51
“Oyunda baş verənlər baş hakim Emil İsgəndərovun günahı üzündən oldu. İnsidentin yaranmasının əsl əsas səbəbkarı odur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bərdənin ABN klubunun baş məşqçisi Əli Quliyev deyib.
Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan Bərdə təmsilçisinin son turda “Rəvan”la ev oyununda (1:2) qalmaqal baş verib. Bunun nəticəsində matçı idarə edən milli dərəcəli hakim Emil İsgəndərov döyülüb. Quliyev vəziyyəti belə həddə çatmasına görə referini suçlayıb: “Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə zəng edib, baş verənlər haqda fikirlərimi bildirdim. Dedim ki, Emil İsgəndərov oyunun “ipini” əvvəldən axıra qədər saxlaya bilmədi. Baş hakimin haqsızlığı sonda belə xoşagəlməz şeylərə gətirib çıxardı. Oyunun sonunda yerə yıxılan rəqib futbolçuya simulyasiya etdiyinə görə sarı vərəqə verməli olan İsgəndərov bunu etməyib, əvəzində bizim kapitanı cəzalandırır. Bu da onda ikinci sarı vərəqə olduğundan, meydanı vaxtından əvvəl tərk etməli oldu. Əslində, həmin epizodda rəqib futbolçu meydanda uzanmaqla vaxt uzadırdı. Bu zaman 88-ci dəqiqə gedirdi və görüşün qurtarmasına az qalırdı. Kapitanımız da yerə yıxılan “Rəvan”ın futbolçusuna meydandan kənara çıxarmaqla, rəqibin vaxtı yubatmasına əngəl olmaq istəyirdi. Emil isə rəqibin etdiyinə göz yumdu, bizim futbolçunu haqsız yerə cəzalandırdı”.
Baş məşqçinin sözlərinə görə, meydandakı qarışıqlıq da bundan sonra baş verib: “Nəticədə ara qarışdı, məzhəb itdi. 17 nömrəli futbolçumuz Bəhruz Cəlalov baş hakimin haqsızlıqları dözməyərək, topu onun üstünə vurdu. Oyun meydanda baş verənləri görə qısa müddətə dayandırıldı, polislər işə qarışdı. Bundan sonra vəziyyət qaydasına düşdü və oyun davam etdirildi”.
Futbolçusunun hərəkətlərinə haqq qazandırmayan Quliyev İsgəndərovla bağlı baş verənlərin ilk dəfə olmadığını xatırlatmağı lazım bildi: “Baş verənlərdə komandamızdan kimin günahı varsa, o da cəzasını alacaq. Sadəcə, Emil İsgəndərovun idarə etdiyi oyunlarda qalmaqallar baş verir, onu həmişə döyürlər. Hakimlik edə bilmirsə, bu işlə qurtarsın. İsgəndərovun yan xətdəki köməkçiləri də haqsız qərarlar çıxarırdılar. Onlar körpə uşaqlar idi, bunu bilməyərək edirdilər. Yəni onların bildikləri odur”.
Qeyd edək ki, baş verənlərlə bağlı Emil İsgəndərovun da fikirlərini öyrənməyə cəhd etdik. Ancaq danışmaqdan imtina edən təcrübəli hakim buna icazəsinin olmamağı ilə əsaslandırdı.

0
0