Mustafa Dənizli istefa verdi, rəhbərlik mükafat ayırdı
28.09.2009 - 13:06
“Beşiktaş” rəhbərliyi cari mövsümdə uğursuz çıxış edən komandaya mükafat ayırıb. Apasport.az saytının məlumatına görə, “qara qartallar” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Moskva MOİK-i ilə qarşıdakı səfər oyununda qələbə qazanacağı halda, futbolçular və məşqçilər 300 min avro məbləğdə mükafat fonduna sahib çıxacaqlar. Rəhbərlik bununla komandanı düşdüyü ağır vəziyyətdən çıxartmağa, futbolçuları qələbəyə ruhlandırmağa çalışır.
Qeyd edək ki, MOİK-lə oyun öncəsi istefa verən “Beşiktaş”ın baş məşqçisi Mustafa Dənizli bunu cari çempionatında uğursuz startla əlaqələndirib. Ancaq bu, rəhbərlik tərəfindən qəbul olunmadığı üçün təcrübəli türkiyəli mütəxəssis postunda qalıb.

0
0