Subaşiç Tomazzini keçib yıxıldı
28.09.2009 - 13:47
Çin çempionatının XXV turunun oyunları keçirilib. Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Çançun Yatay” klubu səfərdə qarşılaşdığı “Tyantszin Teda” ilə görüşdən 1:0 hesablı məğlubiyyətlə ayrılıb.
27 yaşlı hücumçunun start heyətində 77 dəqiqə oynadığı matçın taleyi 14-cü dəqiqədə həll olunub. Subaşiçin komandasını Mao Biao məyus edib. 59-cu dəqiqədə fərqlənmək imkanı olan Subaşiç rəqibin məşhur italiyalı futbolçusu Tomazzinin kobud səhvindən yararlana bilməyib. Topu yarımmüdafiəçidən oğurlayıb onu keçməklə əlverişli mövqeyə çıxan Branimir sürüşərək yıxılıb və imkanı qaçırıb. 72-ci dəqiqədə isə yüngül zədə alan futbolçumuz 5 dəqiqə sonra əvəzlənməli olub.
Qeyd edək ki, 25 turdan sonra 37 xalı olan “Çanqçun Yatay” liderdən 4 xal geri qalaraq 6-cı pillədə qərarlaşıb.

0
0