AFFA qızları mükafatlandırdı
28.09.2009 - 14:14
Avropa çempionatının ilkin seçmə mərhələsində uğurlu çıxış edərək növbəti mərhələyə vəsiqə qazanmış 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri mükafatlandırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu gün qurumun Futbol akademiyasında milli komanda ilə assosiasiya rəhbərliyinin görüşü keçirilib. Tədbirdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov iştirak edib. Məmmədov çıxışında AFFA prezidenti Rövnəq Abdullayevin təbrikini komanda üzvlərinə çatdırıb. Sonra Əliyev çıxış edərək komandaya qarşıdakı oyunlarda da uğurlar arzulayıb. Çıxışlar başa çatdıqdan sonra yığmanın üzvləri mükafatlandırılıb.
Qeyd edək ki, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda İspaniya yığmasına 0:2 hesabı ilə məğlub olmuş, Ukrayna və Kipr komandaları üzərində isə, müvafiq olaraq, 1:0 və 8:0 hesabı ilə qələbə qazanmışdı.

0
0