Fariz Yusifovun köməkçiləri müəyyənləşdi
28.09.2009 - 15:04
Fariz Yusifovun köməkçiləri müəyyənləşdi
Azərbaycanlı FİFA hakimi Fariz Yusifovun idarə edəcəyi Moldova – Andorra oyununda köməkçiləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 21 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Tiraspol şəhərində keçiriləcək görüşdə Yusifova Aydın Ələkbərovla Azər Əsgərov yardımçı olacaq. Ehtiyat hakim funksiyasını Əfqan Həmzəyev icra edəcək.

Qeyd edək ki, hakimlərimizi işinə latviyalı beynəlxalq dərəcəli hakim-inspektor Vitali Liholays qiymət verəcək. Oyuna UEFA nümayəndəsi albaniyalı Bujar Kasmi təyin edilib.