Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya göndərdi
28.09.2009 - 15:17
Futzal üzrə UEFA kubokunun ikinci seçmə mərhələsində Naxçıvanın “Araz” klubunun şərəfini qoruyacaq oyunçuların siyahısı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yarışa bu mərhələdən qoşulan Azərbaycan çempionu turnirin iştirak ərizəsini UEFA-ya göndərib. Xorvatiyada keçiriləcək matçlarda “Araz” 12 futzalçıya güvənəcək: Andrey Tveryankin, Marat Salyanski, Sergey Çuykov, Masyel Lukas Serjio Luis,
Elnur Qəmbərov, Pyotr Kapkov, Rizvan Fərzəliyev, Tyaqo Qabriel Rodriqe Pas, Dos Santos Nilson Maşado, Namiq Məmmədkərimov, Dos Santos Felipe Ribeyro, Vitali Borisov.
Qeyd edək ki, naxçıvanlılar oktyabr 1-də Bakı vaxtı ilə saat 21:00-da “Omoniya” (Kipr), ertəsi gün eyni saatda “Kolubara” (Serbiya), ayın 4-də saat 18:00-da isə “Potpican” (Xorvatiya) klubları ilə üz-üzə gələcək. Təmsilçimizin çıxış etdiyi 5-ci qrupun oyunları Xorvatiyanın Pula şəhərindəki “Mate Parlov” İdman Kompleksində keçiriləcək.

0
0