“Korkmaz müqaviləni pozmaq istəyir, sadəcə, biz buna lüzum görmədik”
28.09.2009 - 15:42
Bülənt Korkmazın “Bakı” klubunun yeni baş məşqçisi olacağı sabah rəsmiləşəcək. Bu haqda apasport.az saytına məlumat verən komandanın türkiyəli vitse-prezidenti Tunc Afşar bildirib ki, həmyerlisi hazırda İstanbuldadır. Həftəsonu UniBank Premyer Liqasının VI turunda “Bakı” - “Qarabağ” oyununu izləyən Korkmaz bundan sonra klub prezidenti Hafiz Məmmədovla görüşüb və əməkdaşlıqla bağlı razılıq əldə olunub: “Bundan sonra qısa müddətə Türkiyəyə qayıdan Korkmaz sabah geri qayıdacaq. Həmin gün onunla rəsmi müqavilə imzalanacaq və bununla bağlı təqdimetmə mərasiminin keçirilməsi nəzərdə tutulub. Korkmazla bir illik anlaşma imzalanacaq”.
41 yaşlı Korkmazın gəlişində vasitəçilik edən Afşar onun müqaviləyə görə bir ildə 400 min avro qazanacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Bildiyimə görə, Korkmazla Hafiz Məmmədov arasında pul söhbəti olmayıb. Əslində, həmyerlimin pula böyük ehtiyacı yoxdur. Yeni baş məşqçimiz təkcə əsas komanda yox, klub kimi qarşımıza qoyulan böyük məqsədlərə çatmaqla bizə yardımçı olacaq. Hər halda, Korkmaz dedi ki, mənim də bir dəyərim var və klub prezidenti işimi qiymətləndirəcək. Onu gətirməkdə əsas məqsədimiz daxili yarışlarda yox, Avropa miqyasında uğurlar qazanmaqdır”.
“Qalatasaray”la bu ilin mayında yollarını ayırdıqdan sonra vətənində FOX TV-də şərhçilik edən Korkmaz Bakıdan qayıdandan sonra orada fikirlərini bildirib: “Yeni baş məşqçimiz bu telekanalda müqavilə əsasında çalışır. O, FOX TV-də son çıxışında Azərbaycana səfəri, buradakı futbol, şərait, “Bakı” klubu haqda xoş sözlər dedi. Anlaşmanı pozmasında problemi olmayan Korkmaz bunu hazırdır. Sadəcə, hələ ki buna lüzum görmədik. Belə ki, Korkmaz FOX TV-də Oktay Dərəlioğlu, Cem Papila kimi tanınmış türkiyəli futbol adamları ilə birgə bazar günləri efirdə olur. Təbii ki, həmin gün oyunlarımız zamanı baş məşqçimiz komandada olacaq. Oyunlarımız bazar gününə təsadüf etməyəcəyi halda, Korkmaz istəyərsə, Türkiyəyə gedə bilər. Ancaq başqa variantı nəzərdən keçiririk ki, bu da Korkmazın şərhçiliyini elə Bakıda etməsi ilə bağlıdır. Yəni Türkiyədən buraya hansısa studiyaya canlı bağlantının yaradılması ilə mütəxəssis fikirlərini bildirə bilər. Bu da Azərbaycan futbolunun, “Bakı” klubunun Türkiyədə reklamı olacaq”.

0
0