“Qalatasaray”ın daha bir məşqçisi “Bakı”da!
28.09.2009 - 16:06
“Qalatasaray”ın daha bir məşqçisi “Bakı”da!
“Bakı” klubunun yeni baş məşqçisi Bülənt Korkmazın köməkçiləri müəyyənləşib. Klubun vitse-prezidenti Tunc Afşar apasport.az saytına açıqlamasında bildirib ki, türkiyəli mütəxəssisə həmyerliləri yardım edəcək.

Hazırda vətənində olan Korkmaz vaxtilə birgə çalışdığı Utku Yüklüoğlu ilə işbirliyini ölkəmizdə də davam etdirəcək: “O, fiziki hazırlıq üzrə çalışmalara cavabdeh olacaq. Korkmaz Yüklüoğlu ilə “Qalatasaray” və “Kayseri Ərciyəspor”da birgə çalışıb. Onun digər köməkçiləri Ərcan Kılıkla Aydın Salatan klubumuzda çalışır. Kılık aşağı yaş qruplardan ibarət komandamızın baş məşqçisi olan Yüksəl Kepoğlunun köməkçisidir. Salatan isə qapıçılarla işləyən məşqçidir. İndi o, əsas komandamızda bu vəzifəni yerinə yetirəcək. Salatanın gəlişindən sonra qapıçılarla işləyən məşqçimiz olan makedoniyalı Muammer Zekiri əvəzedici komandada çalışacaq. Makedoniyalı sabiq baş məşqçimiz Qyoko Hacıyevskinin digər köməkçilərindən Borçe Xristovla Çudomir Çakarovun gedişi qərara alınıb”.