“Bakı” Antalyaya yollanır
28.09.2009 - 16:23
Bülənt Korkmaz “Bakı”nı Türkiyəyə aparır. Klubun vitse-prezident Tunc Afşar apasport.az saytına açıqlamasında bildirib ki, türkiyəli mütəxəssis yeni komandası ilə Antalyada iş başında tanış olacaq.
Məlum olduğu kimi, milli komandamızın növbəti rəsmi oyunlara hazırlıq məqsədilə UniBank Premyer Liqasında uzun müddətlik fasilə yaranıb. Nəticədə növbəti turun oyunları oktyabrın 17-də və 18-də keçiriləcək. “Bakı” növbəti oyununu 17-də səfərdə “Turan”la keçirəcək ki, Korkmazın debütü Tovuzda baş verəcək. Türkiyəli mütəxəssis fürsətdən istifadə edərək komanda ilə vətənində 10 günlük təlim-məşq toplanışı keçəcək. Sabah Bakıya növbəti səfər edəcək Korkmaz rəsmi müqavilə imzalamaqla münasibətlərini rəsmiləşdirəcək. Antalyaya səfərin bundan sonra, həftəiçi nəzərdə tutulub və səfərlə bağlı hazırlıq işləri görülür.
Qeyd edək ki, “transfer pəncərəsi” bağlandığı üçün “Bakı” ilin sonuna kimi yeni futbolçu sifariş edə bilməz. Korkmaz komanda ilə daha yaxından tanış olacağı müddətdə heyətdəki dəyişiklərin konturlarını cızacaq.

0
0