“Simurq” “Xəzər-Lənkəran” və “Bakı”nın yolu ilə gedir
28.09.2009 - 18:15
“Bakı” və “Xəzər-Lənkəran” kimi, Zaqatalanın “Simurq” klubu da UniBank Premyer Liqasından yaranan fasilədən istifadə edərək ölkə kənarında təlim-məşq toplanışı keçəcək. “Simurq”un baş məşqçisi Roman Pokora apasport.az saytına açıqlamasına yenə Gürcüstana hazırlıq prosesinə yollanacaqlarını bildirib.
Ukraynalı mütəxəssisin sözlərinə görə, oktyabrın 5-də Tiflisdə bir araya gələcəklər: “Çempionatda uzun müddətli fasilə yarandığı üçün futbolçularımızı 6 günlük istirahətə buraxmışıq. Bundan istifadə edən legioner vətənlərinə yollanıblar. Mənim isə bu müddətdə belə planım yoxdur. İki gün Bakıda qaldıqdan sonra Zaqatalaya yollanacağam. Ancaq hazırlıq məqsədilə birbaşa Tiflisdə yığışmaq nəzərdə tutulub. Çünki uzun yol qət etmək əlavə problem yaradır. Legionerlər də vətənlərindən birbaşa Gürcüstan paytaxtına gələcəklər”.
Pokora qonşu ölkədə bu dəfə bir həftə qalacaqlarını söyləyib: “Bu müddətdə iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Oktyabrın 8-də “Olimpi”, bundan üç gün sonra “Sioni” ilə görüş planlaşdırılıb. Həmin oyunun ertəsi Zaqatalaya qayıdıb, oktyabrın 17-də “Karvan”la ev oyununa hazırlaşacağıq”.
Qeyd edək ki, 2006-cı ildən güclülər dəstəsində çıxış edən, son mövsüm bürünc medal qazanan “Simurq” fasilə müddətində təlim-məşq toplanışlarını adətən Gürcüstanda keçirir. İstisna yalnız bir dəfə Türkiyədə qısa müddətli hazırlıq prosesindən ibarət olub ki, zaqatalılar bu yay Trabzon şəhərinə baş çəkiblər.

0
0