Döyülən hakimin idarəçiliyində qüsur var imiş
29.09.2009 - 09:50
Peşəkar Futbol Liqası Azərbaycan çempionatının birinci divizionunun III turunda baş tutan qarşılaşmaları idarə edən hakimlərin qiymətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bərdədə keçirilən və böyük qalmaqala səbəb olan “ABN-Bərdə” – “Rəvan” görüşünün ədalət təmsilçilərinin də qiyməti məlum olub.
Meydan sahiblərinin futbolçuları tərəfindən döyülən baş hakim Emil İsgəndərovun işinin öhdəsindən idealdan uzaq səviyyədə gördüyü hakim-inspektordan aldığı qiymətdə də əksini tapıb. Belə ki, karyerası ərzində bir neçə dəfə hakimlikdən kənarlaşdırılan İsgəndərov normal sayılan “8” həddindən aşağı qiymət alıb – 7,8. Bu referinin oyun ərzində xırda qüsurlara yol verməsi deməkdir. Lakin bu bərdəlilərə haqq qazandırmır.
Digər döyülən hakim Rauf Cabbarov isə “Xəzər-Lənkəran”la “Muğan”ın əvəzedicilərinin qarşılaşmasını normaldan da artıq idarə edibmiş. Gənc fit sahibinin işi 8,1-ə layiq görülüb.
Qeyd edək ki, həftəsonu UniBank Premyer Liqası, əvəzedicilər və I divizionda üst-üstə keçirilən 18 qarşılaşmada ən aşağı qiyməti Zahid Musayev alıb. Aşağı dəstədə keçirilən “Göyəzən” – “Şahdağ” matçının baş hakimi 7,6-ya layiq görülüb.

- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
0
0