Pivə qonaqlığı baş tutmadı
29.09.2009 - 09:58
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya – Almaniya oyununa 12 gün qalmış hüquq-mühafizə orqanlarının qadağaları başlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının (RFİ) oktyabrın 10-da keçiriləcək qarşılaşma ərəfəsində təşkil etmək istədiyi tədbirlər planında dəyişiklik etməli olub.
Buna Moskva milisinin xəbərdarlığı səbəb olub. Məsələ ondadır ki, RFİ seçmə mərhələnin evdə keçiriləcək son matçından əvvəl rus və alman azarkeşlərinin birgə pivə qonaqlığını təşkil etmək istəyirmiş. Qarşılaşmanın keçiriləcəyi “Lujniki” stadionu yaxınlığında baş tutmalı olan müştərək pivələnmə mərasimini təhlükəli sayan hüquq-mühafizə orqanları bu tədbirin keçirilməməyini tövsiyə edib.

0
0