Azərbaycan yığması Almaniyaya getdi
29.09.2009 - 10:11
Azərbaycan milli komandası bu gün səhər Almaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da Almaniya ilə səfər oyunundan sonra vətənində qalan millimizin baş məşqçisi Berti Foqts komandanı orada gözləyir. 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Lixtenşteynlə səfər oyununa iki ölkədə hazırlaşmağa qərar verən Foqts UniBank Premyer Liqasında uzun müddətli fasilənin yaranmasına nail olub.
Bu gün Frankfurt şəhərində təlim-məşq toplanışına başlayacaq millimiz oktyabrın 6-dək orada qalacaq. Bundan sonra Foqts komandanı İsveçrəyə aparacaq. Lixtenşteynlə oyuna son hazırlıq prosesi oktyabrın 7-dən 10-dək bu ölkədə, Sent-Qallen şəhərində olacaq. “Cırtdan ölkə”nin təmsilçisi ilə Vadutsdakı görüşdən dərhal sonra Bakıya dönəcək yığmamız oktyabrın 12-dən 14-dək Rusiya yığması ilə ev oyununa hazırlaşacaq.
Son rəsmi oyunlara ilkin olaraq 20 futbolçu çağıran Foqts ardından ehtiyat siyahıdan üç futbolçuya da dəvət göndərdi. Bunlar orta sahə oyunçuları Zeynal Zeynalov, Rahid Əmirquliyev və Cavid İmamverdiyevdir. Nəticədə səfərə çıxan futbolçuların sayı 22-ə çatıb. Foqtsun təşəbbüsü və “İnter” klubunun razılığı ilə Bundesliqa təmsilçisi “Hannover-96” klubunun təlim-məşq toplanışında iştirak edən gənc qapıçı Səlahət Ağayev millinin hazırlığına elə Almaniyada qoşulacaq.
Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Elnur Allahverdiyev, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Samir Abbasov, Mahir Şükürov, Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu (“Bakı”), Ernani Pereyra (“Karvan”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”)
Yarımmüdafiəçilər: Elmar Baxşıyev (“Neftçi”), Aleksandr Çertoqanov, Cavid Hüseynov (hər ikisi “İnter”), Rəşad Sadiqov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Cavid İmamverdiyev (“Karvan”)
Hücumçular: Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”), Daniel Axtyamov (“Simurq”)

0
0