Samir Ələkbərov “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi təyin olundu
29.09.2009 - 10:32
Samir Ələkbərov “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi təyin olundu
Samir Ələkbərov “Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis əvəzedicilərdən ibarət komandada istefaya göndərilən Fazil Əsədovu əvəzləyib.

Məlum olduğu kimi, Əsədov əvəzedicilərin son turunda “Muğan”la ev oyununda baş hakim Rauf Cabbarovun döyülməsində təxribatçı hərəkətləri ilə əsas günahkar sayılıb. Nəticədə AFFA-nın İntizam Komitəsi “Xəzər-Lənkəran”ın çalışdırıcısının iki illik futboldan kənarlaşdırılması haqda qərar çıxarıb. Hələ buna qədər istefaya göndərilən Əsədovu əvəzləyən Ələkbərov 4 il yaxındır Lənkəran klubunda çalışır.

2006-2008-ci illərdə əsas komandada baş məşqçi Ağasəlim Mircavadovun köməkçilərindən olan gənc məşqçi Rasim Karanın dövründə kənarda qaldı. Ancaq ötən ilin sonunda İqor Ponomaryov “Xəzər-Lənkəran”ın baş məşqçisi olandan sonra Ələkbərov köməkçi məşqçi vəzifəsinin icrasını davam etdirdi. O, Ponomaryov istefaya göndərildikdən sonra isə klubun uşaq-gənclər futbol məktəbinə rəhbər təyin edilən ukraynalı mütəxəssis Yuri Panfilovun köməkçisi kimi işini davam etdirib.

Bundan sonra da Panfilovun rəhbərliyi altında çalışacaq Ələkbərov onun birbaşa köməkçisi yox, “Xəzər-Lənkəran”ıın əvəzedici komandasının baş məşqçisi kimi çalışacaq.