“Məgər Azərbaycan yığması bizə xal verəcək?”
29.09.2009 - 10:49
“Niyə hamı yalnız Almaniya yığması haqda danışır? Məgər Azərbaycan milli komandasını yenmək lazım deyil?” Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının yarımmüdafiəçisi İqor Semşov deyib.
Oktyabrın 10-da Almaniya ilə Moskvada qrup qalibi uğrunda çox vacib oyuna çıxacaq şimal qonşularımız bundan 4 gün sonra yığmamızın qonağı olacaq. Milli komandamızla oyuna çağırılan Semşov yalnız almanlarla görüşü ön plana çəkməyi düzgün saymır. “Zenit” klubunda çıxış edən futbolçunun sözlərinə görə, Bakıdakı oyunu hesabdan silmək olmaz: “Maraqlısı odur ki, indi hamı şansları hesablayır. Axı nəyə görə bunu hesablayasan? Meydana çıxıb, qrup qalibi olmağa imkan verən nəticəni qazanmağımız lazımdır. Ümumilikdə, buna şansımız var. Ancaq bunun üçün çox çalışmalıyıq. Almaniyanı məğlub etməyimiz realdırmı? Bəs Azərbaycanı udmalı deyilik? Məgər onlar özləri bizə xal verəcək?”
Qeyd edək ki, Semşov ötən yay Rusiya yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb.

0
0