“Rəşad Sadıqov Rusiya ilə oyuna qədər sıraya dönsəydi...”
29.09.2009 - 11:51
“Almaniyaya səfər öncəsi heyətlə bağlı problemlə üzləşmədik. Yeganə itki Rəşad Sadıqovla bağlıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Vaqif Sadıqov deyib.
Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsun vətənində olduğu müddətdə milli üzvlərini nəzarətdə saxlayan 50 yaşlı mütəxəssis UniBank Premyer Liqasında son turunda bunu həyata keçirib. Sadıqovun sözlərinə görə, Lixtenşteyn və Rusiya ilə oyunlara çağırılan futbolçuların vəziyyəti qənaətbəxşdir: “Son turda hansısa futbolçumuz zədə almayıb. Millidə son dəyişikliklər haqda məlumatınız var. Zədəli Rəşad Sadıqovun əvəzinə “Neftçi”nin futbolçusu Elmar Baxşıyev çağırıldı. Ehtiyat siyahıda olan 3 futbolçu Zeynal Zeynalov, Rahid Əmirquliyev və Cavid İmamverdiyev sonradan dəvət aldı. Bununla da, Foqts növbəti rəsmi oyunlara hazırlaşacaq futbolçuların sayını 23-ə çatdırdı”.
Sadıqov milli komandada kapitan sarğısını daşıyan həmsoyadının yoxluğuna görə üzülür: “Sözsüz ki, Rəşadın heyətdən kənarda qalması bizim üçün böyük itkidir. Bu müdafiəçi zədəyə görə son rəsmi oyunlarda da bizə kömək edə bilmədi. Sadıqovun Lixtenşteyn və Rusiya ilə görüşlərdə sıraya dönəcəyini gözləyirdik. O, məşqləri bərpa edib, “Qarabağ”ın heyətində “Qəbələ” ilə oyunda meydana çıxmışdı. Ancaq çox təəssüf ki, yenidən zədələn Rəşad həmin görüşün əvvəlində əvəzləndi və 3-4 həftəliyə sıradan çıxdığı məlum oldu. Bununla belə, biz ümidimizi itirmirik. Rəşad heç olmasa Rusiya ilə oyuna qədər məşqləri bərpa edib, sıraya dönsəydi, yaxşı olardı. Sadıqovun müalicəsinin gedişini diqqətdə saxlayacağıq. Hər şey ola bilər və heyətdə dəyişikliklər mümkündür”.
Qeyd edək ki, Foqtsa 4 ay öncə köməkçi təyin edilən Sadıqov son rəqibimiz olan Rusiyanın oyununu izləyəcək. Şimal qonşularımız Bakıdakı görüşdən 4 gün öncə Almaniya ilə vacib oyuna çıxacaq. Sadıqov həmin görüşü izləmək məqsədilə bir həftə sonra Moskvaya yollanacaq.

0
0