Mustafa Dənizli: Uduzsaq, istefa verəcəyəm
29.09.2009 - 12:33
Mustafa Dənizli: Uduzsaq, istefa verəcəyəm
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Mustafa Dənizlinin istefasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Moskva MOİK-i ilə artıq sabahkı səfər oyununda sonra postundan gedə bilər.

Dənizli bildirib ki, bu, növbəti məğlubiyyət təqdirində gerçəkləşəcək: “Başa düşürük ki, bizə üç xalı heç kim bağışlamağa hazırlaşmır. Bizə MOİK-lə oyunda yalnız qələbə lazımdır. Çünki qarşımıza qrupdan çıxmaq vəzifəsini qoymuşuq. Bəli, buna nail olmaq heç də asan olmayacaq. Türkiyə çempionatında son oyunları, “Beşiktaş”ın turnir cədvəlinin ikinci yarısında getdiyini nəzərə alsaq, indi “qara zolaq”dayıq. Çempionlar Liqasında daha bir dəfə uduzacağımız halda, istefa verməyə məcbur olacağam. Mən bunu istisna etmirəm. Digər tərəfdən, MOİK üzərində qələbə bizə çempionatımıza uğurla çıxış etməyə imkan verəcək”.

Qeyd edək ki, ötən mövsüm “Beşiktaş”la “qızıl dubl” edən Dənizli MOİK oyun öncəsi Türkiyə Superliqasındakı növbəti uğursuzluğa görə istefa versə də, rəhbərlik bunu qəbul etməyib.