Nazim Süleymanov jest edirmiş
29.09.2009 - 12:40
“Bakı” klubunun rəhbərliyi məşqçisi Nazim Süleymanovun istefasını qəbul etməyib. Klubun vitse-prezidenti Tunc Afşar apasport.az saytına açıqlamasında 44 yaşlı veteran hücumçunun fəaliyyətini davam etdirəcəyini bildirib.
Süleymanovun əvvəlki vəzifəsində qalacağını deyən Afşarın sözlərinə görə, o, yeni baş məşqçi Bülənt Korkmazın köməkçilərindən biri olacaq: “Süleymanov yenə əvəzedici komandamızın baş məşqçisi olacaq. O, əsas komandamızın sabiq baş məşqçisi Qyoko Hacıyevskinin istefasından sonra getməyi üstün tutmuşdu. Çünki onu “Bakı”ya bu mütəxəssis gətirmişdi. Onlar Azərbaycan milli komandasında birgə çalışdıqları müddətdə tanış olublar. Adətən baş məşqçi istefa verəndə onun köməkçiləri də bu addımı atır. Yəni, bu, bütün dünyada qəbul olunan şeydir və yeni baş məşqçi özü ilə köməkçilərini gətirir. Bütün bunları nəzərə alan Süleymanov da bir kişilik jesti edərək, belə qərar verdi. Ancaq o, nəinki bizim klub, ümumilikdə Azərbaycan futbolu üçün önəmli şəxsdir, əfsanədir. Elə prezidentimiz Hafiz Məmmədov bunu yaxşı başa düşərək, onun qalmasını istədi. Artıq qərar verilib və Süleymanov əvəzedici komandamızın sükanı arxasında qalır”.
Qeyd edək ki, il yarımdır “Bakı”da çalışan Süleymanov ötən mövsümün çempionu kimi qızıl medala sahib çıxdı. O, Hacıyevskinin istefasından sonra komandanı UniBank Premyer Liqasının son turunda “Qarabağ”la səfər oyununa (0:1) çıxarmışdı.

0
0