“Neftçi” rəhbərliyi üçün statistika
29.09.2009 - 14:34
Bakının “Neftçi” klubundan ayrılan Böyükağa Ağayev paytaxt təmsilçisinin baş məşqçi postunda cəmi 2 dəfə uduzub. Apasport.az saytının hesablamalarına görə, flaqmanın sabiq çalışdırıcısı klubdakı fəaliyyəti ərzində 17 oyun keçirib.
1993-cü ilin ortalarında Sergey Kramarenkonun cəzalanmasından sonra baş məşqçi əvəzi olan Ağayev həmin vaxt komandanı cəmi 2 qarşılaşmaya çıxarmışdı. Ötən mövsümün IV turunda flaqmanı “Simurq”la oyuna baş məşqçi əvəzi kimi çıxaran Ağayev II dövrədə elə Zaqatala təmsilçisi ilə oyunda da bu posta qayıdıb.
Ağayev cari mövsümdə cəmi 3 qarşılaşmada iş başında olub. Son 2 oyunda komanda onun köməkçiləri Arif Əsədovla İqor Getmana tapşırılmışdı. Bu Ağayavein sağlamlığı ilə bağlı idi. IV turun “Muğan”la görüşündə isə Ağayev “Neftçi”də ikinci, həm də sonuncu məğlubiyyətini aldı.
Görəsən, klub prezidenti Əkbər Hacıyevin və ya vitse-prezident İlqar Quluzadənin bu statistikadan xəbəri varmı?

| o | q | h | m | top | x |
Çempionat-1993 | 2 | 1 | 1 | 0 | 2-0 | 4 |
Çempionat-2008/09 | 11 | 5 | 5 | 1 | 17-7 | 20 |
Kubok-2008/09 | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
Çempionat-2009/10 | 3 | 2 | 0 | 1 | 3-2 | 6 |
Cəmi | 17 | 8 | 7 | 2 | 22-9 | 31 |
0
0