Vaqif Sadıqovun gücü ancaq Böyükağa Ağayevə çatırmış
29.09.2009 - 14:56
Bakının “Neftçi” klubunun baş məşqçisi təyin olunan Vaqif Sadıqov artıq ikinci dəfə bu postda Böyükağa Ağayevi əvəzləyir. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis 16 il əvvəl flaqmanın sükanı arxasına keçəndə də Ağayevi işsiz qoymuşdu.
Həmin vaxt 34 yaşı olan gənc çalışdırıcı futbolçu karyerasını bitirər-bitirməz paytaxt klubundan aldığı təklifi qəbul etmişdi. 1993-cü il mövsümündə hakimi döyən Sergey Kramarenkonun Nizam-İntizam Komitəsi tərəfindən cəzalandırılmasından sonra baş məşqçisiz qalan “Neftçi”yə Ağayev rəhbərlik edirdi. Komandanı iki oyuna da çıxaran daha təcrübəli mütəxəssis yerinə bu işdə debüt edən Sadıqova vermişdi.
Düzdür, bu dəfə Ağayev postunu Sadıqova özü təhvil verməyib. Belə ki, son iki matçda komandanı meydana Arif Əsədovla İqor Getman çıxarırdı. Elə onlardan birinin də baş məşqçi olacağı ehtimal olunurdu. Çünki, neçə vaxtdır istefası gündəmdə olan Ağayevi əvəzləməyə namizəd kimi göstərilən, amma bu dəfə onun xələfi olmayan Əsədov da artıq 2 dəfə Ağayevin yerinə keçib. Bu dəfə də baş məşqçi postuna keçməyə hazır olduğunu bildirən gənc çalışdırıcı əvvəl U-19, sonra “Neftçi”nin əvəzedicilərdən ibarət komandasında Ağayevi əvəzləmişdi.

0
0