Bülənt Korkmaz: İnanıram ki, burada Türkiyədəki kimi olmaz
29.09.2009 - 16:58
“Düşünürəm ki, 3-4, lap 5 ay işləməklə nəyəsə nail olmaq mümkün deyil. Bunun üçün daha uzun müddət lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Bu gün keçirilən təqdimat mərasimində jurnalistlərin suallarına cavab verən türkiyəli mütəxəssis bildirib ki, işlərinin vətənindəki ilə müqayisədə daha yaxşı gedəcəyinə ümid edir: “İnanıram ki, burada Türkiyədəki kimi olmaz. Buna görə də “Bakı”ya gəlmişəm. İndi bu klubda peşəkarlaşma, təsisləşmə işləri gedir”.
Korkmaz “Bakı”da islahatların olacağını istisna etmir. Lakin kimin komandada qalacağı mütəxəssisdən asılı olmayacaq: “Hər şey futbolçulardan asılı olacaq. Onlar komandada qalıb-qalmayacaqlarını özləri müəyyənləşdirəcək. Matçlarda göstərəcəkləri oyunları, məşqlərdəki canfəşanlığı, futboldan kənarda rəhbərliyə, məşqçilərinə, dostlarına münasibətləri ilə “Bakı”ya layiq olduqlarını sübut etməlidirlər. Klubda xarakterli oyunçular qalacaq”.
“Qalatasaray”ın sabiq kapitanı həmyerlilərin transfer olunması haqda da danışdı: “Bura gələn oyunçu Azərbaycanın mühitinə uyğunlaşmalıdır. Eləsini gətirməliyik ki, bunu bacarsın, həm də “Bakı” və ölkə futboluna xidmət etmiş olsun. Bura gələni görürəm ki, hamı “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”a azarkeşlik edir. “Milan” və ya başqa komandanın azarkeşinə rast gəlmədim. Görürəm ki, Azərbaycan xalqı elə bizim xalqımızdır”.
Türkiyəli məşqçi gənc futbolçuların üzə çıxarılmasına da önəm verir: “İşlədiyim yerlərdə həmişə gənc istedadlara yer vermişəm. “Bursaspor”da üzə çıxardığım oyunçular artıq aparıcı futbolçulara çevrilib. “Gənclərbirliyi”ndə gənclər komandasının 11 futbolçusunu əsas komandaya cəlb etmişdim. Burada da 3-5 oyundan sonra hansısa tanınmayan yerli gənclərdən bir neçəsi heyətdə görəcəyiniz mümkündür”.
Təqdimat mərasimində çıxış edən “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov Korkmazla danışıqların çoxdan başladığını bildirib: “10-15 gün idi ki, danışıqlar aparırdıq. Bu müddətdə hər şeyi razılaşdıra bildik ki, müqavilə bağladıq. Bir illik müqavilə o demək deyil ki, Bülənt bir ildən sonra çıxıb gedəcək”.

0
0