Azərbaycan yığması Frankfurtda
29.09.2009 - 17:12
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Lixtenşteyn, 14-də Rusiya ilə qarşılaşacaq Azərbaycan milli komandası matçların hazırlığına başlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu gün təlim-məşq toplanışına start verən yığmamız hazırlığın ilk mərhələsini Almaniyada keçirir. Artıq Frankfurtda olan Berti Foqts və yetirmələri oktyabrın 3-dək burada məşq keçəcək.
Qeyd edək ki, ikinci dəfə Frankfurtda toplanış keçirən yığmamız martın 28-də Rusiya ilə Moskvada baş tutan oyunun hazırlıqlarını da bu şəhərdə gerçəkləşdirmişdi.
Qeyd edək ki, ikinci dəfə Frankfurtda toplanış keçirən yığmamız martın 28-də Rusiya ilə Moskvada baş tutan oyunun hazırlıqlarını da bu şəhərdə gerçəkləşdirmişdi.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0