Vaqif Sadıqov: Meydanda “Neftçi”nin komanda oyunu görünmür
29.09.2009 - 17:34
“Klub rəhbərliyi ilə danışıqlarımız bu gün olub və günorta saatlarında komandaya təqdim olunmuşam. Ancaq heyf ki, həmin görüşdə bəzi futbolçular yox idi. Bunlar yığmada olanlar və fasilə ilə əlaqədar vətənlərinə baş çəkənlərdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun yeni baş məşqçisi Vaqif Sadıqov bu gün keçirilən təqdimetmə mərasimində deyib.
14 illik fasilədən sonra flaqmanın sükanı arxasına qayıdan 50 yaşlı mütəxəssis həmin vaxt qalan yarımçıq işi davam etdirmək fikrindədir: “1993-95-ci illərdə “Neftçi”yə rəhbərlik etdiyim zaman ölkə kubokunu, bürünc medal qazanmışdıq. Həmin vaxt çempionluğa iddialı komanda təhvil verib getmişdim. Bunu komanda naminə etmişdim. Həmin vaxt qalan hədəflərimi tezliklə həyata keçirməyə çalışacağam. O zaman “Neftçi”dən milli komandaya 8-9 futbolçu namizəd idisə, indi cəmi 2 nəfərdir ki, bu da təəssüf doğurur”.
Sadıqov bildirib ki, həmişə iddialı olan “Neftçi”nin böyük potensialı var: “Sadəcə, bunu üzə çıxarmaq, lazımı nəticə əldə etmək üçün vaxt lazımdır. “Neftçi”nin futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Bunu cəmləşdirib, güclü komanda yaratmaq lazımdır. İndi buna ehtiyac var. Hazırkı “Neftçi”nin komanda oyununu meydanda görmürəm. Bunu etiraf etmək lazımdır. İndi köklü dəyişiklərə nə ehtiyac, nə də imkan yoxdur. Yanvara, “transfer pəncərəsi” açılana kimi bu heyətdən yararlanmalıyıq. Həmin futbolçulara, onların potensialına inanıb, nəticə əldə edə bilərik. Həmişə gənclərə üstünlük vermişəm. Ancaq qarşımıza hədəf, nəticə qazanmaq qoyuruqsa, həmin gənclər təcrübəlilərlə rəqabət aparmaq iqtidarında olmalıdırlar. Onların səviyyəsi təcrübəlilərdən üstün olarsa, onlara şans verəcəyəm”.
Müqavilə şərtlərinə də toxunan təcrübəli mütəxəssisin sözlərinə görə, anlaşmanın şərtlərində ciddi yenilik yoxdur: “Müqavilənin müddəti gələn ilin sonuna, yəni bir ildən bir qədər artıq müddətə nəzərdə tutulub. Qarşımızda ən böyük hədəflər durur. “Neftçi”nin oyunu, simasını qaytarmalıyıq. Buna tezliklə nail olmağa, böyük komanda kimi uğurlar əldə etməyə çalışacağıq. Köməkçilərimdə dəyişiklər olacağı gözlənilir. Bununla bağlı yaxın vaxtda konkret açıqlama verəcəyəm. Təbii ki, köməkçilərim öz məşqçilərim olacaq”.
Son dörd ayda milli komandamızda baş məşqçisi Berti Foqstun köməkçisi olan Sadıqovun Rusiya - Almaniya oyununu izləmək üçün Moskvaya getməsi nəzərdə tutulmuşdu: “Bu məsələlərlə bağlı hələ qəti söz deyə bilmərəm. Çünki AFFA rəhbərliyi ilə görüşməyim lazımdır. Əgər belə komandada baş məşqçi postuna təyin ediliriksə, iki yerdə çalışmağım məqsədəuyğun olmadığını deməliyəm. Bu məsələdə səmimi olmalıyam. Ancaq digər tərəfdən, milli komandada olan tapşırığı da yerinə yetirilməmiş qoymaq olmaz. Yəqin ki, hansısa çıxış yolu tapılacaq. Lazım olsa, Foqtsun komandasında Rusiyanın qarşısına çıxacağam”.

0
0