Tahir Süleymanov: “Neftçi”də dəyişiklik olacaq!
29.09.2009 - 18:22
“Vitse-prezident postuna gəlməyimin az öncə “Turan”dan ayrılmağımla qətiyyən bağlılığı yoxdur. Mənə dəvətlər həmişə olub. “Qarabağ”, “Turan” və “Neftçi” bütün milli çempionatlarımızda iştirak edən klublardır. İlk iki klubda olduğu kimi, “Neftçi” rəhbərliyində də yer almaq mənə qismət oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun yeni vitse-prezidenti Tahir Süleymanov deyib.
Bu gün keçirilən təqdimetmə mərasimində Süleymanov bildirib ki, komandada dəyişiklər olacaq: “Komandanın sabahı haqda düşünürük. “Neftçi” ən köklü klubumuzdur və onun adını geri qaytarmaq lazımdır. Ən adlı-sanlı klubumuzun çempionluqdan başqa hədəfi ola bilməz. Bizdə klublar hələ tam formalaşmayıb. Yəni klub əsas komanda, onun məşqçiləri, futbolçulardan ibarət deyil. Klubu inkişaf etdirmək, Avropa arenasında uğurlar qazanmaq üçün çox iş görmək lazımdır. İddialı klublarımızın hamısının hədəfi avrokuboklarda qrup mərhələsinə çıxmaqdan ibarət olmalıdır. Təşkilati işlər, uşaq futbolu ilə bağlı planlarımız böyükdür”.
Yeni baş məşqçi Vaqif Sadıqovun “Neftçi”də uzun müddət oynadığını xatırladan vitse-prezident veteranlara diqqət artırmağı lazım bilir: “Neftçi”nin veteranlarını kluba yaxınlaşdırmaq lazımdır. Azarkeşlər də komandadan incik düşüb və bunu aradan qaldırmaq üçün iş görməliyik. “Neftçi” çökməyib, gələcəkdə öz sözünü deyəcək. Yeni baş məşqçinin dediyi kimi, güclü futbolçular var və komanda oyununu, psixoloji problemləri aradan qaldırmaq lazımdır. Böyük uğursuzluqdan, inqilabi dəyişikliklərdən söhbət gedə bilməz. Sadəcə, “Neftçi”nin adını qaytarmaq lazımdır. Öz məşqçilərimizin köməyi ilə buna nail olmağa çalışacağıq”.

0
0