Ronaldonu cadugər izləyir
30.09.2009 - 10:06
Ötən mövsüm dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldonu cadugər izləyir.
Apasport.az saytının məlumatına görə, bu yay “Mançester Yunayted”dən “Real”a keçməklə dünyanın ən bahalı futbolçusu olan 24 yaşlı portuqaliyalı yarımmüdafiəçinin işlərinin yaxşı getməsi rəqiblərində qıcıq yaradır. Həmin sirli cadugər də Ronaldonu gözə gətirmək üçün tutulub.
İspan həmkarlarımızın yazdığına görə, adının gizli qalmasını istəyən bu şəxs artıq “Kral klubu”na xəbərdarlıq göndərib: “Real”la heç bir problemim yoxdur. Peşəkaram və xidmətlərimə görə mənə yaxşı pul ödəyirlər. Məni ona görə tutublar ki, Kriştianunu zədə problemi ilə üzləşdirim. Sonda nə baş verəcəyini bilmirəm. Ancaq bu zədə uzun müddətli olacaq. Məni tutan adam Ronaldo ilə şəxsən tanışdır”.
Qeyd edək ki, 94 milyon avroya alınan Ronaldo “Real”ın keçirdiyi ilk 5 oyunun 4-də qol vurmaqla rekorda imza atıb. Ötən seçmə mərhələdə Azərbaycan milli komandası ilə hər iki görüşdə iştirak edən portuqaliyalı futbolçu ev oyununda (3:0) qapımızdan iki top keçirib, Bakıdakı matçda (2:0) isə ona dirsəyi ilə zərbə vuran kapitanımız Aslan Kərimovun birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmasına səbəbkar olub.

0
0