Meksika dünya çempionatını təşkil etməkdən imtina etdi
30.09.2009 - 10:11
2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarından birini qəbul etmək arzusunda olan Meksika namizədliyini geri götürməli olub.
Apasport.az saytının məlumatına görə, Latın Amerikası ölkəsinin milli futbol federasiyası yaydığı bəyanatla iddiasından əl çəkdiyini açıqlayıb. Qurum rəhbərliyi bu addımını qlobal iqtisadi böhran, federasiya və ölkə rəhbərliyinin bu məsuliyyəti üzərinə götürmək iqtidarında olmaması ilə izah edib. Onlar final mərhələsinin təşkili üçün zəruri olan obyektlərin inşasının öhdəsindən gəlinməyəcəyini düşünür.
İndiyədək 2 dəfə - 1970 və 1986-cı illərdə bu yarışa ev sahibliyi edən meksikalılar həmin birinciliklərin sınağından üzüağ çıxan stadionları yetərli saysa da, arenaların durumu əsaslı təmir işlərinin zəruriliyindən xəbər verir. Bu isə əlavə maliyyə vəsaitləri tələb edir.
Qeyd edək ki, Meksikanın mübarizəni dayandırmasından sonra 2018 və 2022-ci illərdə keçiriləcək çempionatlara iddiaçılar sırasında Rusiya, İngiltərə, Avstraliya, ABŞ, İndoneziya, Yaponiya, həmçinin birlikdə təşkilatçılıq etmək istəyən İspaniya-Portuqaliya və Belçika-Hollandiya cütlükləri yer alıb. Qətər və Cənubi Koreya isə yalnız 2022-ci il haqda düşünür.

0
0