“Simurq”u “qapazaltı” edən komanda hansıdır?
01.10.2009 - 09:57
Gürcüstanda təlim-məşq toplanışı keçirəcək Zaqatalanın "Simurq" klubunun ilk yoxlama görüşündəki rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gələn həftənin ilk günündən etibarən qonşu ölkədə hazırlığa başlayacaq Roman Pokoranın yetirmələri oktyabrın 7-də Rustavinin "Olimpi" komandası ilə üz-üzə gələcək.
Oyun Tiflisdə yerləşən Respublika stadionunda gerçəkləşəcək. Bu “Simurq”un rustavililərlə 6-cı dueli olacaq. Əvvəlki görüşlərdə zaqatalalılar 1 qələbə qazanıb (2:0), 1 heç-heçə edib (0:0) və 3 dəfə məğlub olub (1:2, 1:2, 2:3).
Ümumiyyətlə, Zaqatala təmsilçisi Gürcüstan klubları ilə 32 yoxlama görüşü keçirib. Bunların 16-da qələbə qazanan “Simurq” 9 dəfə heç-heçə edib və 7 dəfə məğlubiyyətlə üzləşib. Top fərqində bizimkilərin üstünlüyü var – 59:29.

0
0