AFFA “Hoffenhaym”la əməkdaşlığa başlayır
01.10.2009 - 10:50
AFFA ilə Almaniyanın “Hoffenhaym” klubu arasında əməkdaşlıq haqda razılıq əldə olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, Almaniyada işgüzar səfərdə olan assosiasiyanın baş katibi Elxan Məmmədov və milli komandamızın baş məşqçisi Berti Foqts bundesliqada çıxış edən bu klubun idman və futbol üzrə direktoru Bernadrd Peterslə görüşüb. Tədbirdə AFFA ilə “Hoffenhaym” arasında əməkdaşlıq, aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının üzvlərinin bu klubda təlim-məşq toplanışında iştirakı barədə müzakirələr aparılıb, müsbət nəticələr əldə edilib.
Qeyd edək ki, AFFA buna qədər Almaniyanın “Ayntraxt” klubu ilə əməkdaşlıq haqda razılıq əldə edib.
Qeyd edək ki, AFFA buna qədər Almaniyanın “Ayntraxt” klubu ilə əməkdaşlıq haqda razılıq əldə edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0