Bülənt Korkmaz: “Bakı”nın hədəfi məni həyəcanlandırdı
01.10.2009 - 11:52
“Bakı” klubunda inanılmazı gerçəkləşdirmək istəyirik. Burada gözəl iz buraxmağı arzulayırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın yeni baş məşqçisi Bülənt Korkmaz deyib.
41 yaşlı mütəxəssis yeni komandasında qarşısına qoyulan hədəflərdən danışıb. O, hədəfin onu həyəcanlandırdığını gizlətməyib: “Bakı” yaxın bir neçə il ərzində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmağa iddialıdır. Belə bir hədəfin olması məni həyəcanlandırdı. Buradakı iş adamları məni maraqlandırır, bu səbəbdən komandanı qəbul etdim. Amma ilk növbədə məqsədimiz heyət üzvlərini yaxşı tanımaq, qarşıdakı matçlara hazırlaşıb, dövrələrarası fasiləyədək xal ehtiyatımızı artırmaqdır”.
Korkmaz, həmçinin transfer siyasətinə də toxunub. Türk çalışdırıcı bildirib ki, oyunçuların alınması zamanı həm fiziki, həm də insani keyfiyyətlər yüksək olmalıdır: “Transfer edəcəyimiz futbolçunun türk olması şərt deyil. Əsas odur ki, həmin oyunçu Azərbaycan futboluna xeyir verməli, o, idman və insanlıq baxımından yaxşı keyfiyyətlərə malik olmalıdır. İndi rəhbərliyim altındakı bütün futbolçular mənim üçün elə yeni transferlərdir”.

0
0