Vadutsda oyuna baxmaq istəyən azarkeşlərin nəzərinə!
01.10.2009 - 12:43
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununda milli komandamız azarkeşsiz qalmayacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya yığma fanatlarının qarşılaşmanı Vadutsun “Reynpark” stadionundakı görüşü izləməsi üçün əlindən gələni edəcək.
AFFA Lixtenşteyndə komandamıza dəstək olmaq istəyənlərə oyuna pulsuz bilet verməyə də hazırdır. Bunun üçün azarkeşlər komanda ilə birgə İsveçrənin Sürix şəhərindən Bakıya qayıtmaqdan ötrü təyyarəyə bilet almalıdırlar. Bu biletin qiyməti 300 manatdır.
Qeyd edək ki, yığmamız Vadutsa İsveçrədən yollanacağından, AFFA həmyerlilərimizin yalnız geri qayıtmasına yardımçı olacaq. Oktyabrın 11-də vətənə dönəcək azarkeşlər “cırtdan ölkə”yə özləri getməlidir.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0