TFF-in sabiq prezidenti Azərbaycan üzrə rəsmi nümayəndə oldu
01.10.2009 - 14:11
İtaliyanın məşhur idman geyimləri şirkəti “Errea” Azərbaycan bazarında fəallığını artırmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, appeninlilərin Türkiyə Futbol Federasiyasının (TFF) sabiq prezidenti Qalib Asalla müqavilə imzalayıb.
Belə ki, tanınmış iş adamının rəhbərlik etdiyi “Asalqrup” şirkəti “Errea”nın Türkiyə və Azərbaycan üzrə rəsmi nümayəndəsi olub. Sabiq prezidentin şirkəti “Errea” mallarının hər iki ölkə bazarında özünə yer etməyə çalışacaq.
Qeyd edək ki, “Errea” markası Azərbaycan üçün yeni deyil. Artıq 6 aydır bu şirkətlə müqavilə bağlayan “Bakı” futbol klubu ilə yanaşı “Rabitə” voleybolçuları da italiyalılarla əməkdaşlıq edir.

0
0