“Xəzər-Lənkəran” 18 futbolçu ilə Antalyada
01.10.2009 - 14:50
“Xəzər-Lənkəran” bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Apasport.az saytının məlumatına görə, “Adora Golf Resort Hotel”də məskunlaşan cənub təmsilçisi oktyabrın 11-dək 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Baş məşqçi Ağasəlim Mircavadov qardaş ölkəyə 18 futbolçu aparıb. Bunlar qapıçılar Dmitri Kramarenko, Zabit Səfərov, müdafiəçilər Fatih Sonkaya, İvan Pexa, Kostadin Cambazov, Radomir Todorov, Tomas İneman, Denis Silva, yarımmüdafiəçilər Devran Ayhan, Ceyhun Sultanov, Junior Osvaldo, Ruslan Poladov, Alim Qurbanov, Mario Souza, Ramazan Abbasov, Rəşad Kərimov, hücumçular Allan Lalin, İvan Svetkovdur.
Komandanın digər futbolçularından Kamran Ağayevlə Rahid Əmirquliyev əsas, Nizami Hacıyev 21 yaşlılardan ibarət yığmamıza, moldovalı Denis Kalinkov öz ölkəsinin milli komandasının düşərgəsinə yollanıblar. Gənc, istedadlı futbolçu Kazım Kazımlı hazırda 17 yaşlılardan ibarət yığmamızın heyətində İtaliyada təlim-məşq toplanışında iştirak edir.
Braziliyalı yarımmüdafiəçi Dieqo Souza isə UniBank Premyer Liqası çərçivəsində “Muğan”la keçirilən son oyunda zədələndiyi üçün cərrahiyyə əməliyyatı olunub və iki ay yaşıl meydanlardan kənarda qalacaq.

0
0