5 qırmızı vərəqə ilə futbol tarixinə düşən oyun
01.10.2009 - 15:00
Braziliya çempionatının növbəti turunda keçirilən “Nautiko” – “San-Paulu” qarşılaşması futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, qonaqların 2:1 hesabı ilə qalib gəldiyi matçda 5 futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
Hətta iş o yerə çatıb ki, oyunun icmalını verən telekanallar və internet saytları da 3 qol və 5 qırmızı vərəqənin hamısını qısa zaman kəsiyinə yerləşdirə bilməyib. Onlar epizodlardan hansını isə qurban verməli olub. Qarşılaşmada Julio Sezar 33, Riçarlison 74 və Miranda 90-cı dəqiqədə qırmızı vərəqə almaqla, meydan sahiblərinə say üstünlüyü bəxş edib. “Nautiko”nın heyətində isə Klaudio Luis 86, Miçel 90-cı dəqiqədə meydanı tərk edib.
Oyunun 45 dəqiqəsini 1, 12 dəqiqəsini isə 2 nəfər az olmasına baxmayaraq, “San-Paulu” səviyyə fərqini ortaya qoya bilib.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0