“Beşiktaş” prezidenti yumurta atəşinə tutuldu
01.10.2009 - 15:21
“Beşiktaş” prezidenti yumurta atəşinə tutuldu
Türkiyənin “Beşiktaş” klubunun növbəti uğursuzluğu azarkeşlərin səbr kasasını doldurub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının Rusiya MOİK-i ilə Moskvada keçirilən matçındakı məğlubiyyət isə fanatları lap özündən çıxarıb. Vətənə dönən komandanı qarşılamağa çıxan istanbullu azarkeşlər narazılıqlarını sərt şəkildə bildirməkdən də çəkinməyib. Bəziləri isə klub prezidenti Yıldırıım Dəmirörəndən hesab tələb etmək niyyətinə düşüb. Hirslərini ondan çıxmaq qərarına gələn fanatlar prezidentin maşınına yumurta və digər əşyalar atmağa başlayıb. Dəmirörənin yumurta atəşinə düşməsi Türkiyə telekanalları vasitəsilə göstərilib.