Vaqif Sadıqov köməkçilərini müəyyənləşdirdi
01.10.2009 - 15:49
14 illik fasilədən sonra “Neftçi” klubunun baş məşqçi postuna qayıdan Vaqif Sadıqov köməkçilərini müəyyənləşib. Bu barədə apasport.az saytına məlumat verən təcrübəli çalışdırıcı bildirib ki, hələlik onların adlarını açıqlamaq istəmir: “Köməkçilərimi hələ özüm üçün müəyyənləşdirmişəm. Məsələnin dəqiqləşməsi üçün rəhbərliklə görüşüm lazımdır və buna qədər ad açıqlamayacağam. Yalnız onu deyə bilərəm ki, köməkçilər baxımından hansısa dəyişiklər olacaq və öz məşqçilərimizlə çalışacağam. Oktyabrın 5-dək köməkçilərimlə bağlı məsələyə tam aydınlıq gələcək”.
Qeyd edək ki, “Neftçi” həmin vaxt istirahəti başa vuraraq məşqlərini bərpa edəcək. Sabiq baş məşqçi Böyükağa Ağayevin səhhətində problemlər yarandığı vaxtda onu köməkçiləri - Arif Əsədovla İqor Getman əvəzləyirdi.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0