Beşinci cəhd
01.10.2009 - 16:32
Beşinci cəhd
Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarına start verilir. Apasport.az saytının məlumatına görə, ölkəmizi yarışda təmsil edən beş qat Azərbaycan çempionu “Araz” mərhələnin Xorvatiyada keçirilən oyunlarında qüvvəsini sınayacaq. İlk matçında Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək Naxçıvan təmsilçisi Pula şəhərinin “Mata Parlou” idman kompleksində 3 qarşılaşma keçirəcək. Futzalçılarımız sabah Serbiyanın “Kolubara”, oktyabrın 4-də isə meydan sahibləri - “Potpiçan” klubu ilə qarşılaşacaq.

Bu “Araz”ın avrokuboklarda beşinci cəhdidir. Artıq iki dəfə rəqibləri ilə Xorvatiyada üz-üzə gələn naxçıvanlılar bu ölkədə keçirdiyi 6 matçda yalnız 1 dəfə uduzub. Ümumilikdə isə çempionumuz qitə arenasında 10 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə uduzub.

2005/06
Birinci təsnifat mərhələsi (Bosniya və Herseqovinada keçirilib)

17.10.2005 “Morlanvels” (Belçika) 4:4
18.10.2005 “Mostar” (Bosniya və Herseqovina) 2:4
20.10.2005 “De Hommel” (Hollandiya) 3:0

2006/07
Təsnifat mərhələsi (Xorvatiyada keçirilib)

12.10.06 “Split” (Xorvatiya) 5:3
13.10.06 “Afina” (Yunanıstan) 5:1
15.10.06 “Slov-Matik” (Slovakiya) 10:4

Elit raund (Polşada keçirilib)
05.12.06 “Xojuv” (Polşa) 3:3
06.12.06 “Şarlerua” (Belçika) 4:6
08.12.06 “Marbo” (Serbiya) 1:3

2007/08
Əsas mərhələ (Azərbaycanda keçirilib)

10.09.07 “Luparense” (İtaliya) 0:3
11.09.07 “Kamelot” (Moldova) 4:1
13.09.07 “Slov-Matik” (Slovakiya) 3:4

2008/09
Əsas mərhələ (Azərbaycanda keçirilib)

11.09.08 “Şkövde” (İsveç) 11:1
12.09.08 “Nadin” (Bolqarıstan) 6:1
14.09.08 “Slov-Matik” (Slovakiya) 4:2

Elit raund (Xorvatiyada keçirilib)
08.11.08 “Nasional” (Xorvatiya) 4:3
09.11.08 “Dinamo-Yamal” (Rusiya) 2:4
11.11.08 “Odorheyu” (Rumıniya) 6:4