Baş məşqçi Şumaxer ola bilmədi
02.10.2009 - 11:02
Almaniyanın “Şalke” klubunun baş məşqçisi Feliks Maqat məhkəməyə apelyasiya ərizəsi ilə müraciət edib. Apasport.az saytının məlumatına görə, buna səbəb təcrübəli çalışdırıcının sürücülük hüququndan məhrum olmasıdır.
Belə ki, Maqat bir müddət öncə Lüneburq Məhkəməsi tərəfindən cəzalandırılıb. O, maksimal sürət 100 km/saat olduğu yerdə avtomobili 143 km/saat-la idarə edib. Məhkəmə baş məşqçini 320 avro cərimələməklə yanaşı, 1 ay sürücülük etməsinə qadağa qoyub.
Lakin Maqat bu qərara kəskin etirazını bildirib. Ona görə də “Şalke”nin çalışdırıcı qərardan apelyasiya ərizəsi verib. Uelzen Məhkəməsi məşqçinin şikayətinə oktyabrın 26-da baxacaq.

0
0