Foqts üç futbolçumuzu Bundesliqa klubunun heyətinə qatır
02.10.2009 - 12:57
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts futbolçularımızın inkişafına nail olmaq üçün Almaniyanın “Hoffenhaym” klubunun köməyindən yararlanmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, 63 yaşlı alman mütəxəssis ən perspektivli azərbaycanlı futbolçuların Bundesliqa klubunda hazırlıq keçməsini istəyir. Elə klubun nəzdindəki “Nordbad” idman akademiyasının direktoru Bernhard Peters də bunu təsdiqləyib: “İki və ya üç azərbaycanlı istedad “Hoffenhaym”ın düşərgəsində öz ustalığını artırmaq şansı qazanacaq. Bu yığmamızın sabiq baş məşqçisi Berti Foqtsun şəhərimizə səfərində sonra razılaşdırılıb”.
Qeyd edək ki, AFFA ilə “Hoffenhaym” klubu arasında əməkdaşlıq haqda müqavilə dünən imzalanıb.
Qeyd edək ki, AFFA ilə “Hoffenhaym” klubu arasında əməkdaşlıq haqda müqavilə dünən imzalanıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0