Milli komandamızın 4 futbolçusu “Bavariya”da!
02.10.2009 - 16:22
AFFA Almaniyanın məşhur “Bavariya” klubu ilə əməkdaşlıq edəcək. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Almaniyada işgüzar səfərdə olan baş katib Elxan Məmmədov və milli komandanın baş məşqçisi Berti Foqts Münhen təmsilçisinin meneceri Uli Höness və klubun gənclər komandalarının meneceri Verner Kernlə görüşüb. Görüşdə AFFA ilə “Bavariya” arasında qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Danışıqlar zamanı aşağı yaş qruplarından ibarət yığma komandalarımızın 4 üzvünün noyabrda Münhen klubunun düşərgəsində təlim-məşq toplanışında iştirakı ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Məmmədovla Foqts Almaniyada az öncə digər bundesliqa təmsilçisi “Hoffenhaym”ın rəhbərliyi ilə görüşdə belə əməkdaşlıqla bağlı razılığa nail olub.
Qeyd edək ki, Məmmədovla Foqts Almaniyada az öncə digər bundesliqa təmsilçisi “Hoffenhaym”ın rəhbərliyi ilə görüşdə belə əməkdaşlıqla bağlı razılığa nail olub.
0
0